Şarl Mişel: "NATO-nu təhlükəsizliyimizin təməl daşı olaraq görürük"

Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel Aİ liderlərinin növbəti sədri Sloveniyadakı qeyri-rəsmi bir şam yeməyindən əvvəl çıxış edib.

1715349
Şarl Mişel: "NATO-nu təhlükəsizliyimizin təməl daşı olaraq görürük"

"Aİ NATO-nu təhlükəsizliyinin təməl daşı olaraq görür, lakin eyni zamanda daha muxtar olmağın yollarını axtarır".

Bunu Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel Aİ liderlərinin növbəti sədri Sloveniyadakı qeyri-rəsmi bir şam yeməyindən əvvəlində etdiyi çıxışda deyib.

"Bu gecə vacib bir qeyri-rəsmi şam yeməyimiz olacaq. Xüsusilə Əfqanıstan, Hind-Sakit okeanında son geosiyasi inkişaflardan və Çinlə əlaqələrimizdən sonra, Aİ-nin beynəlxalq səhnədəki rolunu müzakirə etmək üçün bir fürsət olacaq" deyən Mişel Aİ-nin çoxtərəfli bir siyasət qəbul etdiyini vurğulayıb:

"Güclü tərəfdaşlara ehtiyacımız olduğuna inanırıq. Bu səbəbdən, məsələn, təhlükəsizliyimizin təməl daşı olaraq NATO-nu görürük".



Әlaqәli Xәbәrlәr