Kabil havalimanının yenidən açılmasını tələb edən qərar qəbul olundu

Qeyd edək ki, BMT TŞ-də bir qərarın qəbul edilməsi üçün 15 üzvdən ən az 9-unun lehinə səs verməsi və daimi üzvlər ABŞ, Rusiya, Çin, İngiltərə və Fransadan hər hansı birinin veto səlahiyyətini istifadə etməməsi lazımdır

1699838
Kabil havalimanının yenidən açılmasını tələb edən qərar qəbul olundu

 

  Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası (BMT TŞ) Amerika Birləşmiş Ştatlarının Əfqanıstandan tamamilə çəkilməsindən sonra Kabildəki havalimanının sürətli və etibarlı şəkildə yenidən açılmasını tələb edən qərar qəbul etdi.

  Amerika Birləşmiş Ştatları, Fransa və İngiltərə tərəfindən şuraya təqdim edilən və əfqanıstanlılarla ölkədəki bütün xarici vətəndaşların etibarlı şəkildə quru və hava yolu ilə ölkədən ayrılmalarına icazə verilməsi çağırışı edən qərara BMT TŞ-də səs verildi. 13 ölkənin lehinə olduğu qərara Rusiya və Çin bitərəf qaldı.

  Qərarda ABŞ-ın Əfqanıstandan çıxarılması tamamlandıqdan sonra Kabildəki Hamid Karzai Beynəlxalq Havalımanının sürətli və etibarlı şəkildə yenidən açılması və buna hər cür səy göstərilməsi istənilib.

  Havalımanı yaxınlığındakı terror hücumunun kəskin şəkildə qınandığı qərarda Əfqanıstan torpaqlarının hər hansı bir ölkəni təhdid edən, terrorçuları saxlayan və ya da başqa ölkələrə terror hücumu təşkil etmək üçün istifadə edilən bir yerə çevrilməməsi tələb edilib.

  BMT və digər yardım təşkilatlarının humanitar yardımlara davam edə bilməsi üçün etibarlı giriş və çıxış təminatı istənilib.

  Qadın, uşaq və azlıqların insan haqlarına hörmət edilməsi və hərtərəfli müzakirə olunmuş siyasi bir həll çağırışı edilib.

  Qeyd edək ki, BMT TŞ-də bir qərarın qəbul edilməsi üçün 15 üzvdən ən az 9-unun lehinə səs verməsi və daimi üzvlər ABŞ, Rusiya, Çin, İngiltərə və Fransadan hər hansı birinin veto səlahiyyətini istifadə etməməsi lazımdır.



Әlaqәli Xәbәrlәr