Nyu-Yorkda müəllimlər və məktəb işçiləri bu tarixədək məcburi peyvənd olunmalıdır

ABŞ-ın Nyu -York ştatında məktəblərdə müəllimlər və digər işçilərin  yeni tip koronavirus (Covid-19) əleyhinə peyvənd vurulmaları məcburi hala gətirildi

1696133
Nyu-Yorkda müəllimlər və məktəb işçiləri bu tarixədək məcburi peyvənd olunmalıdır

 

  ABŞ-ın Nyu -York ştatında məktəblərdə müəllimlər və digər işçilərin  yeni tip koronavirus (Covid-19) əleyhinə peyvənd vurulmaları məcburi hala gətirildi.

  Nyu-York Bələdiyyə sədri Bill de Blasio ABŞ Qida və Dərman İdarəsinin (FDA) "Covid-19" əleyhinə "Pfizer/BioNTech"  peyvəndinin istifadəsinə tam təsdiqindən sonra belə bir qərar verib.  

  Yerli idarənin qərarına görə, ştatdakı bütün dövlət məktəblərində çalışan hər kəs 27 sentyabradək peyvənd edilməlidir. Əks təqdirdə, peyvənd olunmayan müəllim və işçilər hər gün testdən keçməli olacaqlar. 

 



Әlaqәli Xәbәrlәr