Sudana sığınan efiopiyalı qaçqınların sayı artmaqda davam edir

Efiopiyanın Tiqray bölgəsindəki qarşıdurmadan qaçaraq Sudana sığınanların sayı 78 minə çatıb.

1675078
Sudana sığınan efiopiyalı qaçqınların sayı artmaqda davam edir

Sudan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissar müvini Rauf Mazo, Efiopiyalı qaçqınların Sudanın Kesele və Qadarif əyalətlərindəki düşərgələrinə baş çəkib. Əyalətdəki Umm Rakuba və Tandeba düşərgələrində qalan qaçqınlar ziyarət zamanı Mazoya sağlamlıq, su, elektrik enerjisi və təhsildəki problemlərini çatdırıblar.

Sudan Qaçqınlar üzrə Komissarlığın hesabatına görə, ölkələrindəki qarşıdurmalar səbəbindən Sudana sığınan Efiopiyalıların sayı 78 minə yüksəlib.



Әlaqәli Xәbәrlәr