Sergey Lavrov sudanlı hәmkarı ilә görüşüb

Rusiya xarici işlәr naziri Sergey Lavrov deyib ki, Amerika Birlәşmiş Ştatlarının Orta Asiyada qurduğu hәrbi bazalar bölgәnin tәhlükәsizliyinә xidmәt etmәyәcәk.

1674247
Sergey Lavrov sudanlı hәmkarı ilә görüşüb

 

Rusiya xarici işlәr naziri Sergey Lavrov deyib ki, Amerika Birlәşmiş Ştatlarının Orta Asiyada qurduğu hәrbi bazalar bölgәnin tәhlükәsizliyinә xidmәt etmәyәcәk.

Sergey Lavrov vә Sudan xarici işlәr naziri Mәryәm Sadık әl-Mehdi Rusiyanın paytaxtı Moskvada keçirdiklәri görüşdәn sonra tәşkil edilәn birgә mәtbuat konfransında çıxış ediblәr.

Çıxışı zamanı Әfqanıstan mәsәlәsinә toxunan Sergey Lavrov Amerika Birlәşmiş Ştatlarının Әfqanıstana hücum etmәk üçün ölkәnin әtrafındakı bölgәlәrә  hәrbçi yerlәşdirmәk istәdiyini söylәyib. Lavrov deyib: ‘‘Amerika Birlәşmiş Ştatlarının Orta Asiyada qurduğu yeni hәrbi bazaların bölgәnin tәhlükәsizliyinә xidmәt edәcәyini düşünmürәm’’.

Birlәşmiş Millәtlәr Tәşkilatının Tәhlükәsizlik Şurasının 2004-cü ildәn etibarәn Sudana sanksiya tәtbiq etdiyini xatırladan Sergey Lavrov bu sanksiyaların lәğv edilmәsini istәdiklәrini deyib.

Rusiya ilә Sudan arasında Rusiya hәrbi bazasının bu ölkәdә inşa edilmәsi ilә bağlı bağlanan müqavilәyә dә toxunan Sergey Lavrov bu müqavilәnin Rusiya parlamenti tәrәfindәn tәsdiqlәnmәsinә dair prosesin başladığını qeyd edib.

Lavrov görüşdә Fәlәstin, Suriya vә Liviya mәsәlәlәrini dә müzakirә etdiklәrini ifadә edәrәk sudanlı hәmkarı ilә bu mövzularla bağlı görüşlәrin BMT çәrçivәsindә davam etdirilmәsi mәsәlәsindә razılıq әldә etdiklәrini vurğulayıb.



Әlaqәli Xәbәrlәr