Misirdə fövqəladə vəziyyət rejiminin meddəti uzadılıb

Misir Məclisi ölkədə fövqəladə vəziyyət rejimini daha üç ay müddətinə uzadıb.

1674079
Misirdə fövqəladə vəziyyət rejiminin meddəti uzadılıb

Misir Məclisi ölkədə fövqəladə vəziyyət rejimini daha üç ay müddətinə uzadıb. 

Bu barədə Misirin rəsmi MENA xəbər agentliyi məlumat yayıb. 17-ci dəfə uzadılan fövqəladə vəziyyət rejimi iyulun 24-dən etibarən qüvvəyə minəcək. 

Misirdə fövqəladə vəziyyət rejimi 2017-ci ildə İsgəndəriyyə və Tanta şəhərlərində baş verən iki terror aktından sonra tətbiq edilib. 

Qeyd edək ki, terror aktları nəticəsində 45 nəfər həyatını itirmişdi, 125 nəfər də yaralanmışdı. 

Terror aktlarından sonra Misir prezidenti Əbdülfəttah əs-Sisi ölkədə fövqəladə vəziyyət rejiminin elan edildiyini açıqlamışdı. 



Әlaqәli Xәbәrlәr