Kubada hökumət əleyhinə aksiyalar davam edir

Kuba Respublikasında yüzlərlə insan azadlıqların məhdudlaşdırılması və iqtisadi çətinliklər səbəbi ilə küçələrə axışaraq hökumət əleyhinə aksiyalar keçirib.

1673889
Kubada hökumət əleyhinə aksiyalar davam edir

TRT-nin ölkə mətbuatına istinadən verdiyi məlumata görə, yüzlərlə insan paytaxt Havanadan 33 kilometr aralıda yerləşən San Antonio de los Banos qəsəbəsi başda olmaqla ölkənin müxtəlif bölgələrində küçələrə axışaraq hökumət əleyhinə aksiya keçiriblər. Nümayişçilər prezident Miguel Diaz-Canelə “Məhv olsun diktatura”, “azadlıq istəyirik” kimi şüarlar səsləndirərək reaksiya veriblər. Sosial mediada əks olunan görüntülərdə nümayişçilərin “Azadlıq, qorxmuruq” deyə şuarları və törədilən talan hadisələri diqqət çəkir.

Prezident Diaz Canel, Kuba televiziya kanalı və milli radiodan müraciətlərində xalqı Kuba inqilablarını qorumağa çağırıb. O qeyd edib ki, Vətənimizin suverenliyini təslim etməyəcəyik, bütün inqilabçıları inqilabı müdafiə etmək üçün küçələrə çıxmağa çağırırıq. Amerika Birləşmiş Ştatları (ABŞ) rəhbərliyini yeni növ koranavirus (Kovid-19) pandemiyası dövründə ölkədə siyasi qeyri-sabitliyə səbəb olmaqda və sanksiyalar ilə ölkə iqtisadiyyatına zərbə endirməkdə ittiham edən prezident Diaz Canel, koronavirus epidemiyasının sürətlə yayılması səbəbindən dərman və elektrik çatışmazlığının yaşandığını vurğulayıb. Mövcud vəziyyətdə evdə qalmağın daha uyğun olacağına diqqət çəkib.

Qeyd edək ki, epidemiyadan sonra iqtisadiyyatı pisləşən Kubada insanlar dərman çatışmazlığından və əsas ehtiyaclara çatmaqda əziyyət çəkirlər. Ölkə bu səbəbdən 1994-cü ilin avqustundan sonra ilk dəfə bu qədər genişmiqyaslı aksiyalara səhnə olur.



Әlaqәli Xәbәrlәr