Tunis sahillərində 178 qanunsuz miqrant xilas edilib

Tunisin cənub-şərq sahillərində təxminən 178 qanunsuz miqrant xilas edilib.

1665906
Tunis sahillərində 178 qanunsuz miqrant xilas edilib

Tunisin cənub-şərq sahillərində təxminən 178 qanunsuz miqrant xilas edilib.

Tunisin Qırmızı Aypara Cəmiyyəti bildirib ki, ölkənin Hərbi-Dəniz Qüvvələri Medenin şəhəri sahillərində miqrantların olduğu qayığı aşkarlayıb.

Qeyd edilir ki, qayıqdan 178 nəfər xilas edilib, bundan başqa, iki miqrantın meyiti aşkarlanıb. Onların ölüm səbəbi açıqlanmayıb.

Miqrantların Banqladeş, Misir və Afrikanın başqa ölkələrinin vətəndaşları olduqları bildirilib.



Әlaqәli Xәbәrlәr