Zalmay Xəlilzad Əfqanıstanda bir sıra görüşlər keçirib

ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad görüşlər keçirmək məqsədilə Əfqanıstan səfər edib.

1653933
Zalmay Xəlilzad Əfqanıstanda bir sıra görüşlər keçirib

ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad görüşlər keçirmək məqsədilə Əfqanıstan səfər edib. 

Xəlilzad və Əfqanıstan Prezidenti Əşrəf Qani Kabildə ABŞ ilə Əfqanıstan arasında yeni dövrdə ediləcək əməkdaşlıq və yardım mövzularını müzakirə ediblər. 

Görüşdə Taliban ilə sülh prosesinin qeyri-müəyyənliyinin aradan qaldırılması məsələsi də gündəmdə olub. 

Digər tərəfdən, Milli Razılıq Ali Şurası Abdullah ilə Xəlilzad arasında baş tutan görüşdə sülh prosesinə sürət qazandırılması və nəticə əldə olunması məsələsinin də müzakirə olunduğu bildirilib. 

Xəlilzad görüşləri çərçivəsində keçmiş Prezident Həmid Karzai və bir sıra siyasi xadimlərlə də sülh məsələsini müzakirə edib.



Әlaqәli Xәbәrlәr