Yəmən müharibənin bədəlini çox ağır ödəyir

Birləşmiş Millətlər Təşkilatının Qida və Əkinçilik Qurumu (FAO), BMT Uşaqlara Yardım Fondu (UNİCEF), Ümumdünya Qida Proqramı (WFP) və Ümumdünya Səhiyyə Təşkilatının (WHO) son hesabatlarına görə...

1648107
Yəmən müharibənin bədəlini çox ağır ödəyir

 

  Yəməndə həddindən artıq qeyri-kafi bəslənmə problemiylə qarşı-qarşıya qalan yüz minlərlə uşaq 6 ildən çoxdur davam edən müharibənin bədəlini ən ağır şəkildə ödəyir.

  Paytaxt Sanadakı əs-Sebin Xəstəxanasının Uşaq Qeyri-kafi Bəslənmə Bölümü qeyri-kafi bəslənmə üzündən hər gün fiziki və zehni inkişafdan qalan onlarla uşağı qəbul edir.

  Birləşmiş Millətlər Təşkilatının Qida və Əkinçilik Qurumu (FAO), BMT Uşaqlara Yardım Fondu (UNİCEF), Ümumdünya Qida Proqramı (WFP) və Ümumdünya Səhiyyə Təşkilatının (WHO) son hesabatlarına görə,  Yəməndə 2020-ci ildə uşaqlarda həddindən artıq pis qidalanma problemi 22 faiz artıb. Bu rəqəmlər müharibənin başlandığı 2015-ci ildən bu yana ən yüksək qeyri-kafi bəslənmə nisbəti olaraq qəbul edilib.

  Qeyd edək ki, BMT-yə bağlı bu təşkilatlar keçən ay Yəməndə 5 yaşdan aşağı 2,3 milyon uşağın 2021-ci ildə qeyri-kafi qidalanma probleminin gözlənildiyini açıqlamış və bu səbəbdən təcili müalicə olunmazlarsa, 100 min uşağın həlak ola biləcəklərini bildirmişdi.

  Xatırladaq ki, Yəməndə 2015-ci ildən bu yana davam edən müharibə ucbatından 30 milyonluq ölkə əhalisinin 80 faizi humanitar yardıma möhtac qalıb.



Әlaqәli Xәbәrlәr