"Liviyanın maraqlarına uyğun olan bu müqaviləni tərk etməyəcəyik", Ə.Dibeybe

Liviyanın Baş naziri Əbdülhəmid Dibeybe mərkəzi qərargahı Qətərdə yerləşən "Al Jazerra" kanalına müsahibə verib.

1634826
"Liviyanın maraqlarına uyğun olan bu müqaviləni tərk etməyəcəyik", Ə.Dibeybe

Liviyanın Baş naziri Əbdülhəmid Dibeybe ölkəsinin Türkiyə ilə imzalanan "Dəniz səlahiyyətlərinin məhdudlaşdırılmasına dair Anlaşma Memorandumu" na görə Yunanıstanla fikir ayrılıqlarının olduğunu söyləyib.

Əbdülhəmid Dibeybe mərkəzi qərargahı Qətərdə yerləşən "Al Jazerra" kanalına verdiyi müsahibədə  Liviya böhranındakı son vəziyyətlə əlaqədar açıqlama verib. 

27 noyabr 2019-cu il tarixində Türkiyə ilə Liviya arasında imzalanan və Yunanıstanın etiraz etdiyi Dəniz səlahiyyət sahələrinin məhdudlaşdırılmasına dair Anlaşma Memorandumu ilə əlaqədar suala Dibeybe belə cavab verib:
"Bu memoranduma riayət edəcəyik. Liviya ilə Türkiyə arasındakı dəniz müqaviləsi mövzusunda Yunanıstan ilə həmfikir deyilik. Liviyanın maraqlarına xidmət edən bu müqaviləni tərk etməyəcəyik".



Әlaqәli Xәbәrlәr