Kolumbiyada ölən aksiyaçıların sayı artıb

Kolumbiyada vergi islahatlarından etiraz məqsədi ilə 7 gün əvvəl başlayan və hələ də davam edən aksiyalarda həyatını itirənlərin sayı 24-ə yaralıların sayı isə 900 nəfərə çatıb.

1634898
Kolumbiyada ölən aksiyaçıların sayı artıb

Etirazların mərkəzi paytaxt Boqotanın tarixi Bolivar Meydanında toplanan aksiyaçılar şuarlar səsləndirərək hökumətin iqtisadi siyasətinə reaksiya göstəriblər. Polis Milli Konqres Binasına daşlarla hücum edən bir qrup nümayişçiyə gözyaşardıcı qaz və təzyiqli su ilə müdaxilə edib. Aksiyaçılar  digər şəhərlərdə də küçələrə axışıblar.

Amerika İnsan Hüquqları Komissiyası ölkədə cərəyan edən hadisələrlə əlaqədar açıqlama verib. Bəyanatda Polisin nümayişçilərə qarşı zorakılıq və həddən artıq güc tətbiq etməsi pislənib.

Kolumbiya Ombudsman Aparatından yayılan məlumata görə aksiyaların başladığı gündən bəri 89 nəfər həyatını itirib.

Prezident İvan Duque isə qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə dialoqa hazır olduqlarını bildirdi.

Xatırladaq ki, vergi islahatları əleyhinə aksiyalar 28 aprel tarixində həmkarlar ittifaqları, yerli icmalar, tələbə qrupları və müxtəlif müxalifət qruplarının “milli tətil” çağırışı ilə başlayıb.



Әlaqәli Xәbәrlәr