ABŞ Əfqanıstandan qoşunlarını çıxarmağa davam edir

ABŞ Prezidenti Co Bayden-ın 11 sentyabr hücumlarının ildönümünə qədər ABŞ qoşunlarının Əfqanıstandan çıxarılacağına dair qərarından sonra keçən həftə başlayan geri çəkilmə fəaliyyətləri davam edir.

1634132
ABŞ Əfqanıstandan qoşunlarını çıxarmağa davam edir

Amerika Birləşmiş Ştatlarının Mərkəzi Qüvvələr (CENTCOM) Komandanlığının açıqlamasına görə, Əfqanıstandan çıxma işlərinin 6% -i tamamlanıb.

Bildirilib ki, ABŞ, Əfqanıstandan 60-a yaxın C-17 təyyarə yükü qədər texnika çıxarıb. "New Atontik" hərbi obyekt isə Əfqan Milli Ordusuna təhvil verilib.

Xatırladaq ki, ABŞ rəhbərliyi 29 fevral 2020-ci ildə əfqanıstandan qoşunların çıxarılması mövzusunda Talibanla mütabiq qaldı. Prezident Co Bayden isə vəzifəyə başladıqdan sonra verdiyi açıqlamada 2021-ci ilin May-Sentyabr ayları arasında ölkədən çıxacaqlarını bildirdi.



Әlaqәli Xәbәrlәr