Mahmud Abbas seçkilərin təxirə salınması barədə fərman imzalayıb

Fələstin Dövlət başçısı Mahmud Abbas 22 may tarixində keçirilməsi planlaşdırılan ümumi seçkilərin təxirə salınması barədə fərman imzalayıb.

1631845
Mahmud Abbas seçkilərin təxirə salınması barədə fərman imzalayıb
gazze protesto.jpg
mahmud abbas.jpg

Fələstin Dövlət başçısı Mahmud Abbas 22 may tarixində keçirilməsi planlaşdırılan ümumi seçkilərin təxirə salınması barədə fərman imzalayıb.

Fələstin xəbər agentliyi "WAFA"-nın verdiyi məlumata görə, fərman İsrailin seçkilərin Qüdsdə keçirilməsinə mane olması və Ramallahda təşkil edilən Fələstinli Liderlər Yığıncağında qəbul edilən qərar istiqamətində yayımlanıb.

"Həmas"ın Siyasi Büro rəhbəri İsmayıl Heniyye "uğursuz" olaraq adlandırdığı qərarın inandırıcı səbəbi olmadığını söyləyib.

Heniyye "Fələstin iradəsi İsrailin qərarına girov qoyulsa, İsrail ilə siyasi olaraq və sahədə mübarizə edilməz və Oslo müqaviləsi protokollarına sadiq qalınsa, bu, seçkilərin təxirə salınması, ləğv edilməsi və fələstinlilərin siyasi haqqının ələ keçirilməsi deməkdir" ifadəsindən istifadə edib.

"Biz "Həmas" olaraq seçkilərin Qüdsdə keçirilməli olduğunu söyləyirik. Qüds olmadan nə dövlətin, nə də Fələstinin bizim üçün heç bir mənası yoxdur" deyən Heniyye fikir ayrılığının seçkilərin Qüdsdə keçirilməsində deyil, Fələstin qərarının İsrailin qəbul edəcəyi qərardan asılı olması barədə olduğunu vurğulayıb.

Bu arada, Qəzza zolağında Fələstin seçkilərinin təxirə salınması qərarına etiraz etmək və İsrailin pozuntularına qarşı Qüdsdəki fələstinlilərə dəstək vermək məqsədilə yürüş keçirilib.

"Həmas"ın çağırışı ilə keçirilən yürüşdə Fələstin seçkilərinin təxirə salınması qərarının rədd edildiyi və Qüds xalqı ilə həmrəy olduqları mesajını verən şüarlar daşınıb.



Әlaqәli Xәbәrlәr