Bu ölkə “AstraZeneca” peyvəndini İmmunitet Proqramı siyahısından çıxardı

Malayziya hökuməti, “AstraZeneca” şirkəti tərəfindən hazırlanan yeni növ koronavirus (Kovid-19) əleyhinə peyvəndini Milli Kovid-19 İmmunitet Proqramı siyahısından çıxardı.

1630593
Bu ölkə “AstraZeneca” peyvəndini İmmunitet Proqramı siyahısından çıxardı

Malayziyanın Elm, Texnologiya və İnnovasiya naziri Hayri Cəmaləddin bu barədə açıqlama verib. Qeyd edib ki, “AstraZeneca” peyvəndinin riskisiz olduğu sübut olunsa da, xalqın şübhələrini nəzərə alaraq belə bir qərara gəldik. Baş nazir və Səhiyyə Naziri ilə məsləhətləşdikdən sonra “AstraZeneca” peyvəndini Milli Kovid-19 İmmunlaşdırma Proqramı çərçivəsində təsdiqlənmiş peyvəndlər siyahısından çıxardıqlarını ifadi edən Hayri Cəmaləddin, “AstraZeneca” peyvəndinin, ehtiyatlar hədər olmasın deyə yalnız könüllü vətəndaşlara tətbiq ediləcəyinə diqqət çəkib.

Əhali sayı 32 milyona olan Malayziyada hökumət, Pfizer-BioNTech, Sinovac, CanSinoBIO və Sputnik V peyvəndlərdən 66,7 milyon doza tədarük edəcək.



Әlaqәli Xәbәrlәr