Əfqanıstanda partlayış olub, ölənlər var

Əfqanıstanın cənubunda yerləşən Qəndəhar əyalətində yolun kənarına qoyulmuş partlayıcı qurğunun işə düşməsi nəticəsində azı 4 dinc sakin həlak olub.

1622493
Əfqanıstanda partlayış olub, ölənlər var

Əfqanıstanın cənubunda yerləşən Qəndəhar əyalətində yolun kənarına qoyulmuş partlayıcı qurğunun işə düşməsi nəticəsində azı 4 dinc sakin həlak olub.

Qəndəhar Polis Şöbəsinin sözçüsü Camal Nasır Barikzey Qəndəharın Şahveli Kot qəsəbəsində yolun kənarında yerləşdirilmiş bombanın partladığını bildirib. 

Qeyd edilir ki, ölənlərin hamısı bir ailənin üzvləridir. Hadisənin digər təffərüatları açıqlanmır.

Hücum nəticəsində aralarında uşaqların da olduğu dinc vətəndaşlardan dördünün həyatını itirdiyini bildirən Barikzey hadisənin məsuliyyətlisinin "Taliban" olduğunu ifadə edib. 

Hücumun məsuliyyətini hələ də üzərinə götürən olmayıb.



Әlaqәli Xәbәrlәr