"Türkiyə ölkəmin Avropaya açılan qapısı ola bilər", Ə.C.Adəm

Sudanın ticarət naziri Əli Cudi Adəm Xartumda nazirliyin binasında Türkiyənin səfiri İrfan Nəziroğlunu qəbul edib

1608262
"Türkiyə ölkəmin Avropaya açılan qapısı ola bilər", Ə.C.Adəm

 

"Türkiyə ölkəmin Avropaya açılan qapısı ola bilər", bunu Sudanın ticarət naziri Əli Cudi Adəm Xartumda nazirlikdə Türkiyənin səfiri İrfan Nəziroğlunu qəbulu zamanı deyib.

  Adəm görüşdən sonra "Anadolu" xəbər agentliyinə verdiyi açıqlamada söhbət zamanı Türkiyə ilə əlaqələr qurmaq və bunu inkişaf etdirməyə ehtiyac duyduqlarını deyib.

Səfir ilə bir çox mövzuda razılaşdıqlarını söyləyən Adem "Türkiyənin təcrübəsindən faydalanmaq istədiyimizi, iqtisadi və ticarətlə əlaqəli kadrların təlimi mövzularını müzakirə etdik. Türk iş adamlarının Sudanda müxtəlif investisiyaları var, onları da təşviq edirik" deyə vurğulayıb.

Sudanın iqtisadiyyatını inkişaf etdirmək üçün Türkiyədən faydalana biləcəyini ifadə edərək, "Sudan terroru dəstəkləyən dövlətlər siyahısından çıxarılmasından sonra beynəlxalq birliyə inteqrasiyaya hazırdır. Türkiyə bu baxımdan əla bir giriş nöqtəsidir və Sudanın Avropaya açılan qapısı ola bilər. Türkiyə ilə daha əvvəl imzalanan sərbəst ticarət razılaşmasının həyata keçirilməsi üçün cəhd göstəririk" ifadələrindən istifadə edib.

Səfir Neziroğlu da nazir Adəmə Türkiyənin təcrübə və biliklərini bölüşməyə hazır olduğunu, Sudanı bazar deyil ortaq olaraq gördüyünü, keçid prosesi və "Covid-19" epidemiyası səbəbindən mənfi təsirlənən ticarət həcmini yeni dövrdə artırmaq istədiyini çatdırdığını söyləyib.



Әlaqәli Xәbәrlәr