Mahmud el-Verfelli öldürüldü

Haftarə  mənsub silahlı  qüvvələrin  komandiri  Mahmud el-Verfelli Benqazidə  təşkil  edilən sui-qəsd nəticəsində həyatını itirdi.

1608244
Mahmud el-Verfelli öldürüldü

Liviyada Beynəlxalq Cinayət Məhkəməsi  tərəfindən həbs qərarı çıxarılan General  Haftarə  mənsub silahlı  qüvvələrin  komandiri  Mahmud el-Verfelli Benqazidə  təşkil  edilən sui-qəsd nəticəsində həyatını  itirdi.

Liviya  mediasında əks  edən milumata  görə Verfelli Benqazi şəhərindəki Ərəb Tibb Universitetinin yaxınlığında həyata  keçirilən hücum nəticəsində  ölüb.

Qeyd  edək ki Beynəlxalq Cinayət Məhkəməsi   2017-ci ildə hərbi cinayət  ilə  ittiham   etdiyi  Verfelli  haqqında həbs  qərarı  çıxarmışdı.

Avropa İttifaqı isə 2020-ci ilin sentyabrında,  üç  təşkilat ilə  yanaşı  Verfelli və başqa bir nəfəri  Liviyada insan haqlarını pozduqları səbəbi ilə sanksiya siyahısına salmışdı.   



Әlaqәli Xәbәrlәr