İngiltərədə nümayişçilər polislərə qarşı küçələrə töküldü

İngiltərədə “Polisə nümayişlərdə insanlara qarşı daha çox səlahiyyətlər verən qanun layihəsi”nə qarşı Bristol şəhərində təşkil edilən nümayiş qarşıdurmaya çevrilib

1605722
İngiltərədə nümayişçilər polislərə qarşı küçələrə töküldü

 

  İngiltərədə “Polisə nümayişlərdə insanlara qarşı daha çox səlahiyyətlər verən qanun layihəsi”nə qarşı Bristol şəhərində təşkil edilən nümayiş qarşıdurmaya çevrilib.

  Qanun əleyhdarı yüzlərlə adam Bristolun mərkəzində toplanaraq Braydvel (Bridewell) polis bölməsinə yürüyüblər. Etirazçılar bölməyə çatınca polis müdaxiləsi ilə qarşılaşıblar. Polisə müqavimət göstərən nümayişçilər bölmənin şüşələrini daşlayıblar, qarşı tərəf də hava fişəngi ilə cavab verib.

  Nümayişçilər polis bölməsi qarşısındakı və yanındakı iki polis mikroavtobusunu yandırıblar.

  Eyvon (Avon) və Somerset Polis Federasiyasının sədri Endi Robak (Andy Roebuck) qarşıdurmalar zamanı bir polisin qol və qabırğalarının qırıldığını söyləyib.

  İngiltərə və Uels (Galler) Polis Federasiyasının başçısı Con Apter (John Apter) isə hadisələri "qorxunc" adlandıraraq: "Bir polis polis bölməsi hücuma uğrayıb, bir neçə polis məmuru çox pis yaralanıb, maşınlarına zərər yetirilib", - deyib.



Әlaqәli Xәbәrlәr