“Həkimlərə qarşı bu maddəni tətbiq etməkdən çəkinməyəcəyik”, K.Miçotakis

Yunanıstanın baş naziri Kiryakos Miçotakis deyib...

1605685
“Həkimlərə qarşı bu maddəni tətbiq etməkdən çəkinməyəcəyik”, K.Miçotakis

 

  Yunanıstanın baş naziri Kiryakos Miçotakis yeni tip koronavirus (Covid-19) səbəbiylə dövlət xəstəxanalarında yaranan sıxlığın azaldılması üçün özəl sektorda çalışan həkimlərə "Milli səhiyyə sisteminə daxil olun" çağırışına kafi cavab gəlməməsinə reaksiya göstərib.

  “To Vima” qəzetinə verdiyi müsahibədə K.Miçotakis deyib: “Həkimlərə qarşı konstitusiyanın “məcburu xidmət” maddəsini tətbiq etməkdən çəkinməyəcəyik. Amma hər vaxt üçün ilk addım olaraq əməkdaşlığı seçdik. Həkimləri xidmət göstərməyə məcbur deyil, təşviq etmək fikrindəyik.”

  Yunanıstan səhiyyə naziri Vasilis Kikilias 17 martda təşkil edilən mətbuat konfransında xüsusi sektorda çalışan ən az 200 həkimi “Milli səhiyyə sistemi”nə daxil olmağa çağırıb, yalnız 45 həkimdən müsbət cavab gəlib.



Әlaqәli Xәbәrlәr