Nigeriyada 13 nәfәr qәtlә yetirilib

Bu barәdә Kaduna әyalәtinin daxili tәhlükәsizlik vә daxili işlәr üzrә rәsmisi Samuel Aruvan mәlumat verib.

1604998
Nigeriyada 13 nәfәr qәtlә yetirilib

 

Nigeriyanın Kaduna әyalәtindә törәdilәn silahlı hücum nәticәsindә 13 nәfәr hәyatını itirib.

Bu barәdә Kaduna әyalәtinin daxili tәhlükәsizlik vә daxili işlәr üzrә rәsmisi Samuel Aruvan mәlumat verib. O, namәlum şәxslәrin әyalәtin Zanqon Kataf vә Karu bölgәlәrindә hücum törәtdiklәrini deyib. Hadisә nәticәsindә 13 nәfәr hәyatını itirib, 7 nәfәr xәsarәt alıb, 56 ev ilә 16 motosiklet yanıb. Samuel Aruvan bölgәdә yaşayan xalqın evlәrini tәrk etmәk mәcburiyyәtindә qaldığını bildirib.

Xatırladaq ki, ölkәdә iki gün әvvәl silahlı şәxslәr tәrәfindәn törәdilәn hücum zamanı 19 nәfәr öldürülmüşdü.



Әlaqәli Xәbәrlәr