Ukrayna Krımın Qurtuluşu və Yenidənqurma Strategiyasını qəbul edib

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba "Twitter" hesabında yer alan şərhində Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsindən bəri tələb olunan tarixi bir sənəd qəbul etdiklərini vurğulayıb.

1599916
Ukrayna Krımın Qurtuluşu və Yenidənqurma Strategiyasını qəbul edib

Ukrayna Krımın Qurtuluşu və Yenidənqurma Strategiyasını qəbul edib.

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba "Twitter" hesabında yer alan şərhində Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsindən bəri tələb olunan tarixi bir sənəd qəbul etdiklərini vurğulayıb.

Krımın Qurtuluşu və Yenidənqurma Strategiyasının qəbul edildiyini bildirən Kuleba "Mesajımız aydındır, yalnız dünyanı Krımın bizə dönməsinə kömək etməyə çağırmırıq, eyni zamanda Ukrayna (Prezident Vladimir) Zelenskinin rəhbərliyi altında öz sistematik səylərini də həyata keçirir" ifadəsindən istifadə edib.

Kuleba Krımın bərpası üçün 3 addımın olduğunu qeyd edərək, "Birincisi bu gün təsdiqlənən Strateji, ikincisi sağlamlaşdırma: Krım Platformasındakı tərəfdaşlarla ortaq səylərimiz, üçüncüsü Sinerji: Krımda beynəlxalq hüququn və Ukraynanın ərazi bütövlüyünün bərpası" olduğunu vurğulayıb.



Әlaqәli Xәbәrlәr