Türkiyə ilə Misir arasındakı yaxınlaşma Yunanıstanda gərginliyə səbəb olub

Misirin Türkiyənin BMT-yə bildirdiyi dənizdibi ərazisi sərhədlərini nəzərdə tutaraq 18 nömrəli parseldə elan etdiyi lisenziyalaşdırma tenderi Yunanıstan mətbuatında sərt tənqidlərə səbəb olub.

1597488

Afinada "Proto Thema" qəzeti "Misirdən xəyanət" başlıqlı xəbərində Misirin Türkiyənin dənizdibi ərazisi olaraq elan etdiyi bölgə ilə məhdud edilən parseldə karbohidrogen araşdırmasına icazəsi verdiyini bildirərək, rəsmi Qahirənin bununla bağlı qərarını "Misir dövlət mexanizminin üç min illik bürokratiyasının xəyanəti" tərzində xarakterizə edib.

Xəbərdə Misirin bu münasibətinin Afinanın reaksiyasına səbəb olduğu və Yunanistan Xarici İşlər naziri Nikos Dendiasın Misir prezidenti Abdulfettah əs-Sisi ilə telefon danışığından sonra təcili olaraq Qahirəyə yola düşdüyü bildirilərək, Qahirə və Afina arasında bölgədə karbohidrogen araşdırması aparacaq şirkətin müəyyən edilməsi mövzusundakı ziddiyətdən qaynaqlanan problem yaşandığı irəli sürülüb.
"Ta Nea" qəzeti də "Misirin Türkiyə ilə məkrli oyunu" başlığı altında yayımladığı xəbərdə Misir və Türkiyə arasındakı mümkün yaxınlaşma şərhlərinin Afina hökuməti tərəfindən yaxından izlənildiyi bildirilib.

Әlaqәli Xәbәrlәr