Bəzi Avropa ölkələri Şengen tətbiqini faktiki olaraq dayandırdı

Məktub göndərilən ölkələrin bir həftə içində vəziyyətlərini izah etmələri tələb olunub

1594587
Bəzi Avropa ölkələri Şengen tətbiqini faktiki olaraq dayandırdı

 

  Avropa İttifaqı (Aİ) Komissiyasının qarşı çıxmasına baxmayaraq, ittifaqın bir sıra ölkələri “Covid-19” tədbirləri çərçivəsində qitədəki sərhədləri qaldıran Şengen (Schengen) tətbiqini faktiki olaraq dayandırdı. Belə ki, haqqında danışılan ölkələr giriş-çıxışlara böyük ölçüdə maneə törədir.

  “Covid-19”un mutasiyaya uğrayaraq daha sürətli yayılan növünün ortaya çıxmasıyla epidemiyada yeni dalğa narahatlığı yaşayan Aİ ölkələrinin bəziləri son həftələr tədbirləri artırıb. Bunlar arasında xüsusilə Almaniya, Belçika, Danimarka, Finlandiya, İsveç və Macarıstan var.

  Aİ Komissiyası sərhəd yoxlamaları aparan, bəzi bölgələrdə giriş-çıxışı məhdudlaşdıran, zəruri olmayan səyahətlərə qəti şəkildə icazə verməyən bu ölkələrə keçən həftə məktub göndərərək sərbəst Şengen dövranına maneə törətməməyə çağırıb. Məhdudlaşdırmalarda "çox irəli getdikləri üçün" tənqid olunan, məktub göndərilən ölkələrin bir həftə içində vəziyyətlərini izah etmələri tələb olunub.

  Aİ Komissiyasının çağırışına baxmayaraq, Avropanın daxili sərhədlərindəki bəzi bölgələrdə maneə törətmələr sürür. Bu vəziyyət epidemiyanın əvvəllərində - 2020-ci ilin mart-aprel aylarında Avropa İttifaqı ölkələrinin bir-birlərinə sərhədlərini bağlamasını xatırladır. O zaman Aİ Komissiyası ittifaqın təməl ünsürlərindən olan sərbəst gediş-gəlişə maneə törədilməsinə böyük təpki vermişdi.



Әlaqәli Xәbәrlәr