Türkiyəyə getmək istəyənlərə tətbiq edilən qaydalar davam edəcək

Türkiyəyə xaricdən gələnlərin koronavirusa qarşı tədbirlər çərçivəsində 72 saat əvvəl verilmiş neqativ “PCR” testi təqdim etmələrinə dair qərarın tətbiq müddəti uzadıldı.

1592610
Türkiyəyə getmək istəyənlərə tətbiq edilən qaydalar davam edəcək

Qeyd edək ki, yeni qərar qəbul edilənə qədər davam etdiriləcəyi ifadə edilən neqativ “PCR” testi təqdim etmək tətbiqinə keçən il 30 dekabr tarixində başlanılmış və 1 mart tarixinədək davam edəcəyi qərarına gəlinmişdi. Həmin qərarın tətbiq müddəti yenidə uzadıldı. çap və ya rəqəmsal formada neqativ “PCR” testi nəticəsi təqdim etməyənlər ya deportasiya ediləcəklər və ya Türkiyədə qalacaqlarını ifadə etdikləri ünvanlarda, qalacaqları yer olmadığını bildirənlər isə Sağlamlıq Müdirliyinin müəyyənləşdirdiyi yerlərdə karantinə qoyulacaqlar.

Avropadan gələnlərin ən çox istifadə etdiyi sərhəd qapısı olan “Kapıkulə”-də Sağlamlıq Müdirliyi personalının tətbiq çərçivəsində yoxlamaları davam edir.



Әlaqәli Xәbәrlәr