Entoni Blinken vә Faysal Әl Suud arasında telefon danışığı olub

Amerika Birlәşmiş Ştatlarının dövlәt katibi Entoni Blinken ilә sәudiyyәli hәmkarı Faysal Әl Suud arasında baş tutan görüşdә Yәmәndәki son vәziyyәt vә Әr-Riyadın müdafiәsinin güclәndirilmәsi mәsәlәlәri müzakirә olunub.

1581517

Amerika Birlәşmiş Ştatlarının Dövlәt Departamentinin mәtbuat katibi Ned Prays Blinken ilә Suud arasında baş tutan telefon danışığı ilә bağlı bәyanat yayıb.

Bәyanata görә, Blinken Husilәrin Abha hava limanını hәdәf alan hücumunu qınayıb. Nazirlәr Sәudiyyә Әrәbistanına edilәn hücumlara qarşı ölkәnin müdafiәsinin güclәndirilmәsi ilә bağlı birgә sәylәri müzakirә ediblәr.

Görüşdә Yәmәndәki müharibәnin sona çatması vә ölkәdә siyasi hәllin  әldә olunması üçün atıla bilәcәk diplomatik addımlar gündәmә gәlib. Amerika Birlәşmiş Ştatlarının Yәmәn üzrә yeni xüsusi nümayәndәsi Tim Lenderkinqin sәylәrinin dәstәklәnәcәyi vurğulanıb.

Ned Prays dünәn keçirdiyi mәtbuat konfransında Sәudiyyә Әrәbistanının cәnub-qәrbindәki Abha hava limanına edilәn hücumu qınayıb.

Amerika Birlәşmiş Ştatlarının prezidenti Co Bayden fevralın 4-dә verdiyi bәyanatda ölkәsinin Yәmәndәki müharibә mәsәlәsindә Sәudiyyә Әrәbistanına hәrbi dәstәk vermәyәcәklәrini bildirmişdi.

Digәr tәrәfdәn Co Bayden dünәn verdiyi bәyanatda Sәudiyyә Әrәbistanı rәhbәrliyinin tәxminәn 3 il әvvәl hәbs edilәn Luceyn әl-Hezlul adlı aktivistin azadlığa buraxılmasını mәmnuniyyәtlә qarşıladıqlarını vurğulamışdı.

Әlaqәli Xәbәrlәr