Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı artmaqda davam edir

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 295 min 422 olub.

1577597
Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı artmaqda davam edir
AA korona.jpg

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 296 min 454 olub. İnfeksiyaya yoluxanların sayı 105 milyon 502 mini, virusdan müalicә olunaraq sağalanların sayı da 77 milyon 200 mini keçib.

İranda yeni növ koronavirus səbəbindən ölənlərin sayı bir gündə 80 nəfər artaraq 58 min 336 nəfərə çatıb. Ölkədəki yoluxma sayı isə 7 min 61 artaraq bir milyon 452 minə çatıb.

Rusiyada epidemiya səbəbiylə insan itkisi bir gündə 527 artımla 75 min 732 olub. Ölkədə müvafiq dövrdə yoluxmların sayı 16 min 688 artaraq 3 milyon 934 minə çıxıb.

Həlak olanların sayının son 24 saatda min 443 artımla 463 min 379-a çatdığı epidemiyanın mərkəzi ABŞ-da yoluxma sayı isə 52 min 697 nəfər artaraq 27 milyon 203 min 227-ni ötüb.

Hindistanda epidemiya səbəbiylə son 24 saat ərzində 99 nəfər ölüb, 11 min 708 nəfərdə virus aşkarlanıb. Ölkədə insan itkisi 154 min 841-ə, yoluxma sayı 10 milyon 802 min 831-ə yüksəlib.

İngiltərədə virus səbəbiylə son 24 saat ərzində 915 ölüm, 20 min 634 yeni yoluxma qeydə alınıb. bununla da ölkədə ölənlərin sayı 110 min 250, yoluxmaların sayı isə 3 milyon 892 min 459 nəfərə çatıb. 

İtaliyada epidemiya səbəbindən son 24 saat ərzində 422 nəfərin həyatını itirməsilə ölkədə ölənlərin sayı 90. min 241-ə yüksəlib. Yoluxmaların sayı isə 13 min 659 artaraq 2 milyon 597 min 446 nəfərə çıxıb.

Fransada "Covid-19" qaynaqlı son 24 saat ərzində 357 nəfər ölüb, beləliklə ölkədə virusdan həlak olanların sayı 77 min 952 olub. Bir gündə 23 min 448 yeni yoluxmanın qeydə alınması ilə yoluxmaların sayı 3 milyon 274 min 608-ə yüksəlib. Digər tərəfdən, ölkədə aparılan bir sorğuya görə, fransızların 71 faizi hökumətin epidemiya ilə əlaqədar "doğru zamanda doğru qərar" vermədiyini düşünür.

İspaniyada koronavirusdan son 24 saat ərzində 432 nəfərin ölümü ilə insan itkisi 60 min 802-yə yüksəlib. Müvafiq dövrdə 29 min 960 nəfərdə virus aşkarlanması ilə ölkədə yoluxmaların sayı 2 milyon 943 min 349-a çıxıb.

Braziliyada son 24 ərzində daha 56 min 873 nəfərin koronavirus infeksiyasına yoluxması,  min 232 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

İndiyədək Braziliyada koronavirusa ümumilikdə 9 milyon 396 min 293 nəfər yoluxub. Bu müddət ərzində 228 min 795 koronaviruslu xəstə dünyasını dəyişib.



Әlaqәli Xәbәrlәr