Dünyanın yeni növ koronavirusla mübarizәsi davam edir

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 281 min olub.

1576935
Dünyanın yeni növ koronavirusla mübarizәsi davam edir
korona4.jpg

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 281 min olub.İnfeksiyaya yoluxanların sayı 105 milyon 12 mini, virusdan müalicә olunaraq sağalanların sayı da 76  milyon 752 mini keçib.

İranda yeni növ koronavirus səbəbindən ölənlərin sayı bir gündə 67 nəfər artaraq 58 min 256 nəfərə çatıb. Ölkədəki yoluxmaların sayı da 7 min 40 artaraq 1 milyon 445 min 326-ya çıxıb.

Rusiyada epidemiya səbəbiylə insan itkisi bir gündə 521 artaraq 75 min 205-ə yüksəlib. Müvafiq dövrdə ölkədə yolmaların sayı 16 min 714 artaraq 3 milyon 917 minə çatıb.

Hindistanda epidemiya səbəbiylə son 24 saat ərzində 99 nəfər ölüb, 12 min 703 adamda yoluxma qeydə alınıb. Ölkədə insan itkisi ümumilikdə 154 min 734-ə, yoluxma sayı isə 10 milyon 790 min 909-a yüksəlib.

Epidemiyanın başlanğıcından bəri 14 nəfərin həyatını itirdiyi Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətində (ŞKTC) son 24 saat ərzində aşkarlanan 71 yeni hadisə ilə yoluxmaların sayı 2 min 504-ə yüksəlib. Epidemiya ilə mübarizə çərçivəsində qüvvədə olan və ümumi olaraq ölkə miqyasındakı "bağlanma" tətbiqi fevralın 10-da yerli saatla 23:59-a qədər uzadılıb.

Yeni növ koronavirusdan ölənlərin sayının son 24 saat ərzində 2 min 580 artdığı epidemiyanın mərkəzi ABŞ-da yoluxma sayı 69 min 489 artaraq 27 milyon 105 mini keçib. Digər tərəfdən, Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktoru Dr. Roxelle Valensky müəllimlər yeni növ koronavirus peyvəndi olmasa belə məktəblərin əyani təhsilə başlaya biləcəyini açıqlayıb.

İtaliyada epidemiya səbəbiylə son 24 saat ərzində 477 nəfərin ölümü ilə ölkədə ölənlərin sayı 89 min 820 nəfərə yüksəlib. Virusun yoluxduğu insan sayı isə 13 min 189 artaraq 2 milyon 583 min 790-a çatıb.

İngiltərədə virus səbəbiylə son 24 saat ərzində  min 322 insan həlak olub. 19 min 202 yeni yoluxma faktı qeydə alınıb. Ölkədə ölənlərin sayı 109 min 335, yoluxmaların sayı isə 3 milyon 871 min 825 olub.

Fransada "Covid-19" səbəbiylə son 24 saat ərzində 357 nəfər dünyasını dəyişib. Bununla da ölkədə epidemiya qurbanlarının sayı 77 min 595-ə çatıb. Bir gündə 26 min 362 yeni yoluxmanın qeydə alınması ilə ölkədə virusun yoluxduğu insan sayı 3 milyon 251 min 160-a yüksəlib.

İspaniyada "Covid-19"dan son 24 saat ərzində 565 nəfərin ölümü ilə, insan itkisi 60 min 370-a çıxıb. Müvafiq dövrdə 31 min 596 yeni yoluxma faktı ilə ölkədə ümumilikdə 2 milyon 883 min 465 insana virus yoluxub.

Portuqaliyada son 24 saat ərzində virus səbəbiylə həyatını itirənlərin sayı 240 artaraq 13 min 257, yoluxmaların sayı isə yeni 9 min 843 artaraq 740 min 944-ə çatıb.



Әlaqәli Xәbәrlәr