Blinken ilə Nahyan arasında telefon danışığı olub

ABŞ dövlət departamentinin rəhbəri Antony Blinken, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Naziri Abdullah İbn Zayid Al Nahyan ilə telefonla  danışıb.

1577194
Blinken ilə Nahyan arasında telefon danışığı olub

ABŞ Dövlət Departamentindən yayılan açıqlamada Blinken və Əl Nahyan arasında baş tutan telefon danışığında BƏƏ-nin İsrail ilə başlatdığı dialoq, həmçinin BƏƏ-ni regional təhdidlərdən qorumaq, bölgədəki gərginlik və qarşıdurmaları azaltmaq üçün əməkdaşlıq  edilməsi kimi mövzuların müzakirə olunduğu qeyd edilib. Açıqlamada bildirilib ki, Blinken, Qətər və ərəb ölkələri arasındakı mübahisələrin həlli ilə bağlı irəliləyişi yüksək qiymətləndirib. BƏƏ-nin Yaxın Şərqdə sülhə daha çox töhfə vermə imkanlarının olduğunu vurğulayıb.



Әlaqәli Xәbәrlәr