Avropa ittifaqı koronavirus əleyhinə yeni tədbirlər həyata keçirdi

Avropa İttifaqı xaricindən gələnlərdən 72 saat əvvəl verilmiş mənfi nəticəli koronavirus testi tələb olunması qərarına gəlib.

1576470
Avropa ittifaqı koronavirus əleyhinə yeni tədbirlər həyata keçirdi

Avropa şurasının qərar ilə əlaqəli açıqlamasında Avropa İttifaqı üzvü olan ölkələrin üçüncü dövlətlərdən gerçəkləşdirilən bütün səyahətlərdə test tələb edilməsini qərarlaşdırdığı bildirilib.

Açıqlamada: “Üzv ölkələr koronavirus pandemiyası əleyhinə mübarizə üçün səyahətlərdəki məhdudiyyətlər mövzusunda yeni bir tövsiyə barədə razılığa gəliblər. Nəqliyyat və sərhəd xidməti əməkdaşları bu tələbdə istisna təşkil edir. Bu şəxslər sürətli nəticə verən antigen testi verəcəklər. Bundan başqa, Avropa İttifaqına üzv ölkələr əlavə olaraq 14 gün karantin və “Kovid-19” testi istəyə biləcəklər. Bu tələblər ən çox koronavirusun yeni ştammlarının müşahidə olunduğu ölkələrdən gələnlərə şamil olunacaq”.

Alyansın yeni qərarına görə bir ölkə üçün məhdudiyyətlərin ləğv edilməsi üçün son 14 gündə yeni “Kovid-19” hadisələrinin sayı 100 min nəfərdə 25-dən və son 7 gündə müsbət test nəticələri isə 4%-dən az olması, ölkədə virus Ştammlarının aşkar olunmaması kimi şərtlər qoyulub. Bu məlumatlar ancaq Avropa Xəstəliklərin Qarşısının Alınması və Müdafiəsi Mərkəzi tərəfindən təsdiq edilərsə qəbul ediləcəyinə də diqqət çəkilib.

 



Әlaqәli Xәbәrlәr