Dünyanın yeni növ koronavirusla mübarizәsi davam edir

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 245 mini keçib.

1575445
Dünyanın yeni növ koronavirusla mübarizәsi davam edir

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 248 mini keçib. İnfeksiyaya yoluxanların sayı 103 milyon 945 min, virusdan müalicә olunaraq sağalanların sayı da 75  milyon 763 minə çıxıb.

Yeni növ koronavirusdan həlak olanların sayının 453 min 7 olduğu epidemiyanın mərkəzi ABŞ-da yoluxmaların sayı 26 milyon 808 min 375-ə yüksəlib.

İngiltərədə virus səbəbiylə son 24 saat ərzində 406 ölüm və 18 min 607 yeni yoluxma qeydə alınıb. Ölkədə ölənlərin sayı 106 min 564, yoluxmaların sayı isə 3 milyon 835 min 783 olub.

İtaliyada epidemiya səbəbiylə son 24 saat ərzində 329 nəfərin həyatını itirməsilə ölkədə ölənlərin sayı 88 min 945 nəfərə yüksəlib. Virusa yoluxma sayı isə 7 min 925 artaraq 2 milyon 560 min 957 nəfərə çatıb.

Fransada "Covid-19" səbəbiylə son 24 saat ərzində 455 nəfərin ölməsilə insan itkisi 76 min 512 olub. Bir gündə 4 min 347 yeni yoluxma faktının qeydə alınması nəticəsində ümumilikdə yoluxma sayı 3 milyon 201 min 461-ə yüksəlib.

Hindistanda epidemiya səbəbiylə son 24 saat ərzində 93 nəfər ölüb, 8 min 540 nəfərdə isə virus aşkarlanıb. Ölkədə insan itkisi 154 min 521-ə, yoluxma sayı isə 10 milyon 767 min 159-a çıxıb.

Gürcüstanda ötən sutkada koronavirusa 858 yeni yoluxma halı qeydə alınıb, 580 nəfər müalicə olunaraq sağalıb, 14 pasiyent isə ölüb.

Hazırkı dövrədək ölkədə virusa 259 min 209 nəfər yoluxub. Onların 250 min 289-u sağalıb, 3 min 208-i isə vəfat edib.



Әlaqәli Xәbәrlәr