Co Bayden ilə Emmanuel Makron arasında telefon danışığı olub

ABŞ Prezidenti Co Bayden Fransa Prezidenti Emmanuel Makron ilə telefonla söhbətində ikitərəfli əlaqələrin gücləndirilməsini vurğulayıb.

1570241
Co Bayden ilə Emmanuel Makron arasında telefon danışığı olub

ABŞ Prezidenti Co Bayden Fransa Prezidenti Emmanuel Makron ilə telefonla söhbətində ikitərəfli əlaqələrin gücləndirilməsini vurğulayıb.

Ağ Evin həmin mövzuda yaydığı məlumata görə, 20 yanvarda and içərək ABŞ-ın 46-cı prezidentliyi kimi vəzifəsinin icrasına başlayan Bayden yanvarın 25-də Makronla telefonla danışıb.

Məlumatda telefon söhbətində Baydenin Makrona “ən qədim müttəfiqi” olan Fransa ilə ikitərəfli əlaqələrini gücləndirmək istədiyini söylədiyinə işarə edilərək, ABŞ-ın NATO və Avropa İttifaqı da daxil olmaqla, transatlantik münasibətləri yaxşılaşdırmaq vədini təkrarladığı ifadə edilib.

Məlumatda iki liderin iqlim dəyişikliyi, "Covid-19", qlobal iqtisadi bərpa kimi ortaq problemlərin həlli istiqamətində sıx əməkdaşlığın zəruriliyi barədə razılığa gəldikləri vurğulanıb. Ayrıca Çin, Orta Şərq, Rusiya və Sahel kimi xarici siyasət prioritetləri üzərində birlikdə işləmək barədə razılığa gəldikləri qeyd edilib.



Әlaqәli Xәbәrlәr