Madriddə baş verən partlayış nəticəsində üç nəfər həlak olub

İspaniyanın paytaxtı Madriddə qaz sızması səbəbindən bir binada baş verən güclü partlayış nəticəsində üç nəfər həlak olub.

1567890
Madriddə baş verən partlayış nəticəsində üç nəfər həlak olub

İspaniyanın paytaxtı Madriddə qaz sızması səbəbindən bir binada baş verən güclü partlayış nəticəsində üç nəfər həlak olub,  biri ağır olmaqla 10 nəfər yaralanıb, bir nəfər isə itkindir.

Yerli idarəçilər, xilasetmə və mülki müdafiə qrupları ilə şahidlərin verdiyi məlumata görə, partlayış binada təbii qazın istismarı və nəzarəti zamanı baş verib.

La Paloma Kilsəsinə məxsus binanın din xadimlərinin toplantı məkanı və yayaşıy yeri olaraq istifadə edildiyi öyrənilib.

Madrid valisi Jose Manuel Franko Pardo 6 mərtəbəli binada baş verən partlayış nəticəsində 85 yaşlı bir qadın və iki kişinin həyatını itirdiyini və təbii qaza nəzarət edən işçinin itkin olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr