ÜST-ün peyvəndlənmə mövzusunda "mənəvi uğursuzluq" xəbərdarlığı

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus koronavirus əleyhinə peyvəndlənmə mövzusunda mənəvi uğursuzluq barədə xəbərdarlıq edib.

1566226
ÜST-ün peyvəndlənmə mövzusunda "mənəvi uğursuzluq" xəbərdarlığı

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus koronavirus əleyhinə peyvəndlənmə mövzusunda mənəvi uğursuzluq barədə xəbərdarlıq edib.

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus indiyədək dünyanın 49 zəngin ölkəsində koronavirusa qarşı 39 milyon doz peyvənd olması müqabilində ən yoxsul ölkələrin birində cəmi 25 nəfərə peyvənd vurulmasının ciddi təhlük təşkil etdiyini bildirib. 

 Tedros Adhanom Qebreyesus təşkilatın icraçı komitəsinin sessiyasında  etdiyi çıxışda deyib:

“Açıq deməliyəm, dünya fəlakətə bərabər mənəvi uğursuzluğun astanasındadır və bu uğursuzluq dünyanın ən yoxsul ölkələrində yaşamaq və güzəran bahasına başa gələcək. Hazırda müxtəlif ölkələrin sakinlərinə bərabər peyvənd imkanlarını təmin etmək planları ciddi təhlükə altındadır".

“Zəngin ölkələrdə daha gənc və sağlam şəxslərin yoxsul ölkələrdəki səhiyyə işçilərindən və yaşlı insanlardan əvvəl peyvənd olunmaları düzgün deyil”, – deyə təşkilat rəhbəri indiyədək milyonlarla doz dərman sifariş etmiş qabaqcıl ölkələri həmin dərmanların bir hissəsini kasıb ölkələrlə paylaşmağa çağırıb.

Xatırladaq ki, ÜST-ün koordinası etdiyi "COVAX" proqramı potensiyal "Covid-19" vaksinini inkişaf ve istehsal etdirmək, başda aşağı və orta gəlirli ölkələr olmaqla bütün ölkələrə ədalətli şəkildə paylamağı hədəf götürən qlobal təşəbbüs kimi qəbul edilir. 



Әlaqәli Xәbәrlәr