ABŞ "USS Nimitz" təyyarə gəmisinin Orta Şərqdə qalacağını bildirib

ABŞ Müdafiə Nazirliyi İranın mümkün olan hücumlarından təsirlənməməsi üçün bölgədən çıxaracağını elan etdiyi "USS Nimitz" təyyarə gəmisinin Orta Şərqdə qalmasına qərar verib.

1556706
ABŞ "USS Nimitz" təyyarə gəmisinin Orta Şərqdə qalacağını bildirib

ABŞ Müdafiə Nazirliyi İranın mümkün olan hücumlarından təsirlənməməsi üçün bölgədən çıxaracağını elan etdiyi "USS Nimitz" təyyarə gəmisinin Orta Şərqdə qalmasına qərar verib.

ABŞ Müdafiə nazirinin müavini Kristopher Miller yazılı bəyanatında təyyarə gəmisini vəzifə yerində qalması qərarına gəldiklərini bildirib. 
Miller bəyanatında qeyd edib ki, İran liderlərinin Prezident Donald Tramp və digər ABŞ rəsmilərinə yönəldilmiş təhdidləri ucbatından "USS Nimitz"in rutin vəzifə yerinin dəyişdirilməsinə dair göstəriş dayandırılıb. "USS Nimitz" ABŞ Mərkəzi Qüvvələri Komandanlığı bölgəsində əməliyyat bölgəsində qalmaqda davam edəcək.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) tərəfindən 31 dekabrda yayılan bəyanatda bölgədəki "USS Nimitz" təyyarə gəmisinə İranın mümkün hücumlarından təsirlənməmək üçün ölkəyə qayıtmaq əmri verildiyi bildirilmişdi.

ABŞ bir müddətdir İran İnqilab Keşikçiləri Qüds Gücü komandiri general Qasım Süleymanının 3 yanvardakı ölüm ildönümündə İranın bölgədəki qüvvələrinə hücum etməsi ehtimalına qarşı bir müddətdir tədbir görürdü.

ABŞ 3 yanvar 2020-ci ildə Bağdad Hava Limanına endikdən sonra Qasım Süleymanini hava hücumu nəticəsində öldürmüşdü. İran da öz növbəsində ABŞ əsgərlərinin yerləşdiyi İraq hərbi bazalarına raketlərlə hücum etmişdi.



Әlaqәli Xәbәrlәr