İsrailli nazirin peyvəndlənmə ilə əlaqəli qalmaqallı təlimatı

İsrailin İctimai Təhlükəsizlik nazirinin İsrail həbsxanalarındakı Fələstinli "təhlükəsizlik" məhbuslarına "yeni növ koronavirus (Covid-19) peyvəndi vurulmaması" barədə təlimat verdiyi məlum olub.

1552881
İsrailli nazirin peyvəndlənmə ilə əlaqəli qalmaqallı təlimatı

İsrailin İctimai Təhlükəsizlik naziri Amir Ohananın İsrail həbsxanalarındakı Fələstinli "təhlükəsizlik" məhbuslarına "yeni növ koronavirus (Covid-19) peyvəndi vurulmaması" barədə təlimat verdiyi məlum olub. 

"Haaretz" qəzetində yer alan xəbərdə Səhiyyə Nazirliyinin qaydalarına baxmayaraq, Ohananın İsrail həbsxanalarındakı "təhlükəsizlik" məhbuslarına "Covid-19" peyvəndi vurulmaması üçün keçən həftə əlaqədar qurumlara təlimat verdiyi bildirilib.

Məhbusların İsraildə "Covid-19"a qarşı peyvəndlənəcək ikinci qrupun bir hissəsi olduğu barədəki Səhiyyə Nazirliyinin əsaslarına zidd olaraq, nazir Ohananın yalnız həbsxana işçilərinin peyvəndlənməsi barədə təlimat verdiyi ifadə edilib.

Qeyd edək ki, İsrail həbsxanalarındakı fələstinlilərin əksəriyyəti "təhlükəsizlik" məhbusları kateqoriyasına daxildir.



Әlaqәli Xәbәrlәr