Mahmud Abbas Kazimidən ölkədəki fələstinliləri dəstəkləməsini istəyib

Fələstin dövlət başçısı Mahmud Abbas İraqın Baş naziri Mustafa əl-Kazimidən ölkədəki fələstinliləri dəstəkləməsini istəyib.

1543578
Mahmud Abbas Kazimidən ölkədəki fələstinliləri dəstəkləməsini istəyib

Fələstin dövlət başçısı Mahmud Abbas İraqın Baş naziri Mustafa əl-Kazimidən ölkədəki fələstinliləri dəstəkləməsini istəyib.

İraq hökumətinin yazılı açıqlamasına görə, Fəth Hərəkatı Mərkəzi Komitəsinin baş katibi Cibril ər-Rucub paytaxt Bağdadda İraq Baş naziri Mustafa əl-Kazimi tərəfindən qəbul edilib.

Görüş zamanı Rucub Fələstin dövləti başçısı Abbasın "İraqdakı fələstinliləri dəstəkləmək" tələbinin yer aldığı məktubu Kazimiyə təqdim edib.

Açıqlamaya görə, Kazimi Fələstin məsələsinin İraqın vicdanında yer aldığını və fələstinlilərə "yad" kimi yanaşılmadığını, ancaq ölkədəki müvəqqəti yaşamaqlarının vətənlərinə dönmək hüquqlarını təmin etməyi hədəf aldığını qeyd edib.

Rucubun səfəri İraq Parlamentində "ölkədə ən az 10 il yaşayan fələstinlilərin İraq vətəndaşları ilə eyni hüquq və vəzifələrə tabe olmasını nəzərdə tutan" qanun dəyişikliyinin müzakirəsindən sonra reallaşıb.

İraqdakı sayı 34 min olan fələstinlilər ümumilikdə Bağdadda yaşayır.



Әlaqәli Xәbәrlәr