Şerbil Vehbe Türkiyә ilә Livan arasındakı münasibәtlәri qiymәtlәndirib

Livan xarici işlәr naziri Şerbil Vehbe ölkәsi vә Türkiyә arasında möhkәm  dostluq münasibәtlәrinin olduğunu söylәyib.

1537874
Şerbil Vehbe Türkiyә ilә Livan arasındakı münasibәtlәri qiymәtlәndirib

 

Livan xarici işlәr naziri Şerbil Vehbe ölkәsi vә Türkiyә arasında möhkәm  dostluq münasibәtlәrinin olduğunu söylәyib.

‘‘Nida әl-Vatan’’ qәzetinә müsahibә verәn Vehbe Türkiyә-Livan münasibәtlәrini qiymәtlәndirib.

‘‘Livan üçün Türkiyә çox vacib dost ölkәdir. Livan ilә Türkiyә arasında dostluq münasibәtlәri var’’,-deyә Livan xarici işlәr naziri söylәyib.

Vehbe qeyd edib ki,  Livan Türkiyә vә Fransa arasındakı mübahisәyә sәhnә olmayıb. Hәr iki ölkә ilә әlәqә saxlayırıq.

‘‘Türkiyәnin Livanın şimalına müdaxilә etdiyi vә bәzi sünnü qrupları dәstәklәdiyi ilә bağlı ifadәlәr hәqiqәti әks etdirmir’’,-deyә Şerbil Vehbe vurğulayıb.

Türkiyә avqust ayında Livanda baş verәn partlayışdan sonra yardıma möhtac olanlara kömәk etmişdi.



Әlaqәli Xәbәrlәr