Nigerin sabiq prezidenti dünyasını dəyişib

Nigerin keçmiş prezidenti Mamadu Tandja 82 yaşında dünyasını dəyişib.

1533848
Nigerin sabiq prezidenti dünyasını dəyişib

Nigerin keçmiş prezidenti Mamadu Tandja 82 yaşında dünyasını dəyişib.

Niger hökuməti "Respublikanın prezidenti və hökuməti Niger Respublikasının sabiq prezidenti Mamadu Tandjinin noyabrın 24-də Niameedə ölümü haqqında təəssüflə bildirir" deyə açıqlama verib. 

Tandjinin ölüm səbəbi açıqlanmır. Ölkədə üçgünlük matəm elan edilib.

Mamadu Tandja 1999-cu ilin dekabrından 2010-cu ilin fevralına qədər Niger prezidenti olub. O, 2010-cu ildə hərbi çevriliş nəticəsində qiyamçılar tərəfindən devrilib. Bundan dərhal sonra Mamadu həbs edilib, ancaq 2011-ci ilin mayında onu azad ediblər.



Әlaqәli Xәbәrlәr