ABŞ artıq "Açıq Səma Müqaviləsi"ndə tərəf deyil

ABŞ rəhbərliyi noyabrın 22-də Rusiya ilə silah nəzarətini tənzimləyən "Açıq Səma Müqaviləsi"ni tərk etdi.

1532300
ABŞ artıq "Açıq Səma Müqaviləsi"ndə tərəf deyil

ABŞ rəhbərliyi noyabrın 22-də Rusiya ilə silah nəzarətini tənzimləyən "Açıq Səma Müqaviləsi"ni tərk etdi. 
Dövlət Departamenti sözçüsünün müavini Kale Brovn verdiyi açıqlamasında Donald Tramp idarəsinin 22 May 2020-ci ildə müqaviləni tərk etmə qərarını xatırladaraq, "Qərarın icrası üçün tələb olunan 6 aylıq müddətin bitməsi ilə ABŞ-ın "Açıq Səma Müqaviləsi"ni tərk etməsi 22 noyabr 2020-ci il tarixdən etibarən qüvvəyə mindi. ABŞ artıq razılaşmanın tərəfdarı deyil" ifadəsindən istifadə edib. 
Silahsız kəşfiyyat uçuşlarına hərbi əməliyyatlarda şəffaflığı artırmaq və silahlara nəzarət və digər razılaşmaların izlənməsini asanlaşdırmaq üçün müqaviləni imzalayan 34 ölkə arasında Rusiya və ABŞ da var.
Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) coğrafiyasında etimad və təhlükəsizliyi artırma tədbirlər olaraq nəzərdə tutulan və 1992-ci ildə imzalanan "Açıq Səma Müqaviləsi"nin tərəfləri arasında  Türkiyə də yer alıb. 



Әlaqәli Xәbәrlәr