Fələstinlilər Fransaya reaksiya olaraq Türk bayrağı qaldırdılar

Fələstində keçirilən nümayişlərdə Türk bayrağını qeldırılaraq, Fransa prezidenti Emmanuel Makronun şəkilləri yandırılıb.

1515911
Fələstinlilər Fransaya reaksiya olaraq Türk bayrağı qaldırdılar

Fələstinlilər Fransaya reaksiya olaraq Türk bayrağı qaldırdılar
Fələstində İslamı və Məhəmməd Peyğəmbəri təhqir edən karikaturaların yayılmasına etiraz olaraq keçirilən nümayişlərdə Türk bayrağını qeldırılaraq, Fransa prezidenti Emmanuel Makronun şəkilləri yandırılıb.
Qəzzadakı nümayişə qatılan yüzlərlə Fələstinli, Makronun açıqlamalarını rədd etdiklərini bildiriblər,  davamlı olaraq İslam və  Məhəmməd Peyğəmbəri müdafiə etməsi səbəbiylə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəkillərini və Türk bayraqları daşıyıblar.
İşğal altındakı İordan çayının qərb sahilinin Ramallah şəhərinin qərbində bir araya gələn fələstinlilər də  "Peyğəmbərimiz qırmızı xəttdir. Anam və atam sənə qurban ey Peyğəmbər. Fransa terrorçu və irqçi bir dövlətdir" afişaları daşıyıblar.



Әlaqәli Xәbәrlәr