Avstraliyada Türk məscidinə hücum edilib

Avstraliyanın Sidney şəhərində yerləşən Auburn Gelibolu məscidi oktyabrın 25-də axşam radələrində naməlum şəxsin hücuman məruz qalıb.

1515703
Avstraliyada Türk məscidinə hücum edilib

Avstraliyanın Sidney şəhərində yerləşən Auburn Gelibolu məscidi oktyabrın 25-də axşam radələrində naməlum şəxsin hücuman məruz qalıb.
Türkiyənin Din İşləri üzrə İİdarəsinə bağlı Auburn Türk İslam Mədəniyyət Mərkəzinin rəhbərliyi altındakı Gelibolu məscidinə girən şəxsin məscidin yuxarı mərtəbəsindəki çilçıraqları, pəncərə şüşələrini, televizoru və bəzi əşyaları sındıraraq minlərlə dollar maddi ziyan vurduğu açıqlandı.
Hücum zamanı bəzi vətəndaşlar təcavüzkarın görüntülərini cib telefonları ilə qeyd edib polisə məlumat verib. Polis şəxsiyyəti məlum olmayan təcavüzkarı saxlayıb.



Әlaqәli Xәbәrlәr