Dünyada koronavirusa yoluxanların sayı artmaqda davam edir

Xəstəliyə yoluxanların sayı 42 milyon 530 min 330, sağalanların sayı isə 31 milyon 450 min 225 olub.

1515085
Dünyada koronavirusa yoluxanların sayı artmaqda davam edir

Yeni növ koronavirus (Covid-19) səbəbiylə ölənlərin sayı dünya miqyasında bir milyon 149 min 835 nəfəri keçib. Xəstə sayındakı artım isə xüsusilə Avropada ikinci dalğanın intensiv şəkildə yayıldığını göstərir. Xəstəliyə yoluxanların sayı 42 milyon 530 min 330, sağalanların sayı isə 31 milyon 450 min 225 olub.
ABŞ-da "Covid-19"dan ölən insanların sayı 229 min 292-yə, virusun yoluxduğu insan sayı 8 milyon 747 min 864-ə yüksəlib. 3 noyabrda ABŞ prezidentliyi uğrunda yarışacaq olan Demokrat namizəd  Co Bayden seçiləcəyi təqdirdə "Covid-19" peyvəndinin pulsuz olacağı vədini verib.
Braziliyada son bir gündə 571 nəfərin ölümü ilə virus səbəbiylə ölənlərin sayı 156 min 471-ə, 30 min 26 yeni hadisənin aşkarlanması ilə yoluxanların sayı isə 5 milyon 353 min 656-ya yüksəlib. 
"Covid-19" səbəbiylə Argentinada son 24 saat ərzində 382 nəfərin ölümü ilə, ölkədə virusla əlaqəli ölüm sayı 28 min 338 olub. 15 min 718 nəfərdə virus aşkar edilərkən, xəstəliyə tutulanların sayı 1 milyon 69 min 368-ə yüksəlib.
Meksikada "Covid-19" səbəbiylə son 24 saat ərzində 418 nəfər ölüb və 6 min 604 yeni hadisə aşkar edilib. Ölkədə ölüm sayı 88 min 312-yə, hadisə sayı 880 min 775-ə yüksəlib.
Kolumbiyada koronavirus qaynaqlı son 24 saat ərzində 166 nəfər ölüb. Bununla da ölkədə insan itkisi sayı 29 min 802-yə yüksəlib. Eyni dövrdə 7 min 940 hadisənin aşkarlandığı ölkədə, xəstə sayı 998 min 942-yə yüksəlib.
Peruda son 24 saat ərzində 46 nəfər ölüb və min 98 yeni yoluxma faktı qeydə alınıb. Ölkədə ümumilikdə insan itkisi 34 min 33, hadisə sayı isə 883 min 116-ya yüksəlib.
İtaliyada epidemiya səbəbiylə ölənlərin sayı 37 min 59 idi. Ölkədə indiyədək 484 min 869 nəfər isə virusa yoluxub. 
"Covid-19"dan 4 min 172 nəfərin öldüyü və bu günə qədər 228 min 318 nəfərin yoluxduğu Polşada Prezident Andrzej Duda koronavirus xəstəliyinə tutulub.

Rusiyada son 24 saat ərzində daha 16 521 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Rusiyada koronavirusa yoluxanların sayı 1 497 167 nəfərə çatıb.

Son 24 saat ərzində 296 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 25 821 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

İranda son 24 saat ərzində yeni növ koronavirus (Covid-19) infeksiyasından 335 nəfər ölüb.

Bununla da İranda koronavirusdan ölənlərin sayı 32 320 nəfərə yüksəlib.

İranda son 24 saat ərzində 5 814 nəfər koronavirusa yoluxub. Beləliklə İranda "Covid-19"a yoluxanların sayı 562 705 nəfərə yüksəlib.

O qeyd edib ki, İranda indiyədək 450 891 nəfər koronavirusdan sağalıb.



Әlaqәli Xәbәrlәr