Liviya hökuməti Berlin Konfransında qəbul edilmiş qərarlara sadiq olduğunu bildirib

Liviya Hökumətinin Prezident Şurası, Berlin Konfransında qəbul edilmiş qərarlara sadiq olduğunu bildirib.

1505666
Liviya hökuməti Berlin Konfransında qəbul edilmiş qərarlara sadiq olduğunu bildirib

Liviya Hökumətinin Prezident Şurası, Berlin Konfransında qəbul edilmiş qərarlara sadiq olduğunu bildirib.
Liviya Hökuməti Prezident Şurasının paytaxt Tripolidə keçirilən yığıncaqdan sonra açıqlama verilib.
Açıqlamada yığıncaqda ölkənin qarşı-qarşıya olduğu siyasi, təhlükəsizlik və hərbi vəziyyətin müzakirə olunduğu, Livayaya qarşı refional və beynəlxalq siyasətlərin qiymətləndirildiyi və Berlin Konfransında qəbul edilən qərarlara sadiq olunduğu vurğulanıb.
Qeyd edək ki, Liviyadakı tərəflər və beynəlxalq ictimaiyyətin iştirakı ilə 19 yanvar tarixində Almaniyanın paytaxtı Berlində keçirilən Liviya mövzulu konfransda atəşkəs və dialoq çağırışı edilib.



Әlaqәli Xәbәrlәr