Dünyada ‘‘Covid-19’’la bağlı son vәziyyәt

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 960 mini keçib.

1493840
Dünyada ‘‘Covid-19’’la bağlı son vәziyyәt

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 960 mini, virusa yoluxanların sayı 31  milyonu, infeksiyadan müalicə olunaraq sağalan insanların sayı isә 22 milyon 517 mini keçib.
Epidemiyanın Avropadakı mərkəzinə çevrilən İngiltərədə virus səbəbiylə ölənlərin sayı son 24 saat ərzində 27 artaraq 41 min 759, virusa yoluxanların sayı isə 4 min 422 artaraq 390 min 358-ə çatıb.
Kanadada "Covid-19" xəstələrindən son bir həftədə daha 35 nəfər ölüb. Beləliklə, ölkədə insan itkisi 9 min 248-ə yüksəlib. "Covid-19" xəstələrinin sayı isə bir həftə ərzində 5 min 203 artaraq 142 min 866-ya çıxıb.

ABŞ-da son 24 saat ərzində  koronavirusa 41 min yeni yoluxma aşkarlanıb.

Ölkədə virusa yoluxma diaqnozunun qoyulduğu 689 nəfər ölüb.

İsraildə epidemiya səbəbiylə insan itkisi min 226-ya yüksəlib, virusun yoluxduğu insan sayı isə 183 mini keçib. Ölkədə gündəlik xəstəlik sayında artıma görə srağa gün 3 həftəlik karantin tətbiqinə başlanılıb.
Epidemiya zamanı 17 nəfərin həyatını itirdiyi, 2 min 313 nəfərdə virusun aşkar edildiyi Qəzzada (Covid-19) test üçün tələb olunan nümunə götürmə çubuqlarının bitmək üzrə olduğu bildirilib.

Fransada koronavirus infeksiyasına gündəlik rekord həddə yoluxma qeydə alınıb

Son məlumatlara görə, ölkədə koronavirus epidemiyasının başlanğıcından bəri 442 mindən çox insan koronavirusa yoluxub, "Covid-19" xəstəliklərinin sayı son bir gündə 13 498 nəfər artıb. Son 24 saat ərzində 26 nəfər bu virusdan ölüb, ölənlərin ümumi sayı 31 274 nəfərdir.

Son bir həftə ərzində 3853 nəfər xəstəxanaya müraciət edib ki, onların da 593 nəfəri reanimasiyaya yerləşdirilib.

İranda ötən 24 saat ərzində yeni növ koronavirusa (Covid-19) yoluxan 183 ölüb.

Bununla da İranda bu virusdan ölənlərin sayı 24301  nəfərə yüksəlib.

İranda ötən 24 saat ərzində 3097 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 422140 nəfərə yüksəlib.

İranda indiyədək  359570 nəfər koronavirusdan sağalıb.



Әlaqәli Xәbәrlәr