Dünyada koronavirusla bağlı son vәziyyәt

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 900 mini, virusa yoluxanların sayı 28  milyonu, infeksiyadan müalicə olunaraq sağalan insanların sayı isә 20 milyonu keçib.

1488669
Dünyada koronavirusla bağlı son vәziyyәt

 

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 900 mini, virusa yoluxanların sayı 28  milyonu, infeksiyadan müalicə olunaraq sağalan insanların sayı isә 20 milyonu keçib.

Epidemiyanın mәrkәzinә çevrilәn Amerika Birlәşmiş Ştatlarında virus qurbanlarının sayı 190 mini, infeksiyaya yoluxanların sayı da 6 milyonu keçib.

Braziliyada yeni növ koronavirusdan vәfat edәnlәrin sayı  gün әrzindә 922 artaraq 129 min 575-ә, infeksiyaya yoluxanların sayı da 40 min 431 artaraq 4 milyon 239 min 763-ә çatıb.

Meksikada koronavirus qurbanlarının sayı gün әrzindә 554 artaraq 69 min  649-a, virusa yoluxanların sayı da 4 min 857 artaraq 652 min 364-ә yüksәlib.

Avstraliyada koronavirusdan daha 9 nәfәrin vәfat etmәsi ilә ölkәdә ölәnlәrin ümumi sayı 797-ә çatıb.

Epidemiyanın Avropadakı mәrkәzi olan İngiltәrәdә epidemiyadan ölәnlәrin sayı 41 min 608-ә, infeksiyaya yoluxanların sayı da 358 min 138-ә yüksәlib.

İtaliyada koronavirus qurbanlarının sayı 35 min 587-yә, Fransada 30 min 813-ә vә ispaniyada 29 min 699-a çatıb.

Hindistanda koronavirusdan ölәnlәrin sayı 76 min 304-ә çatıb. Ölkәdә virusa yoluxanların ümumi sayı isә 4 milyon 562 min 415-ә yüksәlib.

Misirdә koronavirusdan ölәnlәrin sayı 5 min 590-a, Әlcәzairdә isә 1591-ә çatıb.

Sәudiyyә Әrәbistanında koronavirusdan ölәnlәrin sayı  4 min 189-a, infeksiyaya yoluxanların sayı da 323 min 720-yә yüksәlib.



Әlaqәli Xәbәrlәr