Dünyada koronavirusla bağlı son vәziyyәt

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 800 mini, virusa yoluxanların sayı 27  milyonu, infeksiyadan müalicə olunaraq sağalan insanların sayı isә 19 milyonu keçib.

1486577

İtaliyada koronavirus qurbanlarının sayı gün әrzindә 12  artaraq 35 min 553-ә, infeksiyaya yoluxanların sayı da 278 min 784-ә  yüksәlib.

İspaniyada son bir hәftә әrzindә koronavirusdan vәfat edәnlәrin sayı 237-ә çatıb. Belәliklә ölkәdә virusdan ölәnlәrin ümumi sayı 29 min 516-ya çatıb.  Ölkәnin Sәhiyyә Nazirliyi son üç gün әrzindә virusa daha 26 min 560  nәfәrin yoluxduğunu vә infeksiyaya yoluxanların ümumi sayının 525  min 549-a çatdığını açıqlayıb.

Portuqaliya Sәhiyyә Nazirliyi ölkәdә daha üç nәfәrin virusdan öldüyünü açıqlayıb. Belәliklә ölkәdә indiyәdәk virusdan ölәnlәrin sayı 1843-ә,  infeksiyaya yoluxanların sayı isә 60  min 507-yә çatıb.

Әlaqәli Xәbәrlәr