Dünyada koronavirusla bağlı son vәziyyәt

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 800 mini, virusa yoluxanların sayı 27  milyonu, infeksiyadan müalicə olunaraq sağalan insanların sayı isә 19 milyonu keçib.

1486167
Dünyada koronavirusla bağlı son vәziyyәt

 

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 887 min 681-i, virusa yoluxanların sayı 27  milyon 306 mini, infeksiyadan müalicə olunaraq sağalan insanların sayı isә 19 milyon 381 mini keçib.

Epidemiyanın mәrkәzinә çevrilәn Amerika Birlәşmiş Ştatlarında virusdan hәyatını itirәnlәrin sayı 193 mini, infeksiyaya yoluxanların sayı da 6 milyonu keçib.

Braziliyada koronavirusdan vәfat edәnlәrin sayı gün әrzindә 447 artaraq 126 min 650-ә, infeksiyaya yoluxanların sayı da 14 min 512 artaraq 4 milyon 137 min 500-ә yüksәlib.

Meksikada epidemiya qurbanlarının sayı gün әrzindә 232 artaraq 67 min 558-ә, infeksiyaya yoluxanların sayı da 4 min 614 artaraq 634 min 23-ә çatıb.

Avstriyada koronavirusdan ölәnlәrin sayı 762-ә, virusa yoluxanların sayı da 26 min 319-a yüksәlib.

Rusiyada son 24 saat ərzində daha 5185 nəfər yeni növ koronavirusa yoluxub.

Rusiyada "Covid-19"a yoluxanların sayı 1 030 690 nəfərə çatıb.

Son 24 sutka ərzində 51 nəfərin koronavirusdan öldüyü bildirilib.

Ümumilikdə koronavirusdan ölənlərin sayı 17 871 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

Hindistan yeni növ koronavirusa (Covid-19) yoluxanların sayına görə Braziliyanı keçib.

Hindistan koronavirusa yoluxanların sayına görə ABŞ-dan sonra ikinci yerdədir.

Ölkədə son 24 saat ərzində 90 632 yeni yoluxma faktı qeydə alınıb. Bununla da Hindistanda indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 4 204 613 nəfərə çatıb.



Әlaqәli Xәbәrlәr