Dünyada koronavirusla bağlı son vәziyyәt (31 avqust)

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 800 mini, virusa yoluxanların sayı 25  milyonu, infeksiyadan müalicə olunaraq sağalan insanların sayı isә 17 milyonu keçib.

1481739

Fransada epidemiya qurbanlarının sayı gün әrzindә 4 artaraq 30 min 606-ya, infeksiyaya yoluxanların sayı da 5 min 413 artaraq 277 min 943-ә yüksәlib. Fransanın Elmi Şurası ölkәdә payız vә qış aylarında epidemiyanın ikinci dalğasının yaşana bilәcәyini istisna etmәyib.

İraqda yeni növ koronavirus epidemiyasından vәfat edәnlәrin sayı 68 artaraq 6 min 959-a çatıb. Ölkәdә gün әrzindә daha 3 min 731 adam epidemiyaya yoluxub. Belәliklә ölkәdә virusa yoluxanların ümumi sayı 231 min 177-yә yüksәlib.

Braziliyada epidemiya qurbanlarının sayı gün әrzindә 366 nәfәrә çatıb. Belәliklә ölkәdә virusdan ölәnlәrin ümumi sayı 120 min 828-ә, virusa yoluxanların sayı da 16 min 158 artaraq 3 milyon 862-yә yüksәlib.

Meksikada koronavirusdan gün әrzindә vәfat edәnlәrin sayı 339 artaraq 64 min 158-ә, infeksiyaya yoluxanların sayı da 4 min 129 artaraq 595 min 841-ә çatıb.

Әlaqәli Xәbәrlәr