Beyrutda keçirilən etiraz aksiyalarına təhlükəsizlik qüvvələrinin müdaxiləsi

Livanın paytaxtı Beyrutda avqustun 8-də axşam radələrində parlament binasına yürüş etmək istəyən nümayişçilərə təhlükəsizlik qüvvələri gözyaşardıcı qazla müdaxilə edib.

1470058
Beyrutda keçirilən etiraz aksiyalarına təhlükəsizlik qüvvələrinin müdaxiləsi
super foto lubnan beyrut eylem 2.jpg
super foto lubnan beyrut eylem.jpg
SPR beyrut.jpg

Livanın paytaxtı Beyrutda avqustun 8-də axşam radələrində parlament binasına yürüş etmək istəyən nümayişçilərə təhlükəsizlik qüvvələri gözyaşardıcı qazla müdaxilə edib.
Paytaxtın mərkəzindəki Şəhidlər Meydanına toplaşan bir qrup nümayişçi 4 avqustda Beyrut Limanında şiddətli partlayışa görə günahlandırdıqları siyasi xadimlərə və rəsmilərə etiraz ediblər.
Təhlükəsizlik qüvvələri Şəhidlər Meydanına yaxın Parlament binasına yürüş edən və bölgədəki təhlükəsizlik qüvvələrinə daşla hücum edən etirazçılara gözyaşardıcı qazla müdaxilə edib.
Bu arada nümayişçilərə qoşulmaq üçün Şəhidlər meydanına gedən prezident Mişel Avnın kürəkəni və müavini Şamil Rukız aralarında heç bir siyasətçi istəmədiklərini ifadə edən etirazçıların reaksiyası ilə qarşılaşıb.
Bir gün əvvəl paytaxtda toplaşan minlərlə vətəndaş şəhərdə zəlzələ təsiri yaradaraq 158 nəfərin ölümünə və 6 mindən çox insanın yaralanmasına səbəb olan partlayışa görə günahlandırdıqları dövlət rəsmilərinə etiraz ediblər.
Parlament binasına getmək və bəzi nazirlik binalarına basqın etmək istəyən nümayişçilər təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə üzləşiblər. Gecəyə qədər davam edən hadisələrdə təhlükəsizlik qüvvələrindən bir nəfər ölüb.
238 nəfər yaralanıb, onlardan 70-i təhlükəsizlik işçisi olub. 20  isə nəfər nəzarətə alınıb.



Әlaqәli Xәbәrlәr